Gəlinlə yanaşı toyda 249 nəfər zəhərləndi

OXUNUB: 523 DÜNYA

Ötən həftə Qırğızıstanın paytaxtı Bişkekdə toy mərasimində qidadan zəhərlənənlərin sayı 249-a çatıb.

İcmal.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Həkimlərin sözlərinə görə, toyda cəmi 190 qonaq olub. Lakin qonaqların bir çoxu artıq qalan yeməkləri evdəki ailə üzvlərinə də apardıqları üçün zəhərlənənlərin sayında artım olub. 

 

Xəstəxanalıq olanlar arasında gəlinlə yanaşı, bəyin anası da olub. Bəyin isə səhhətində problem yoxdur. 

Faktla bağlı cinayət işi açılıb. 

İcmal.Az

RƏYLƏR