Gəmi körpüyə çırpıldı: Xeyli sayda yaralı var

OXUNUB: 571 DÜNYA
Almaniyanın Duysburq şəhərində Reyn çayında hərəkət edən sərnişin gəmisi körpüyə çırpılıb.

İcmal.Az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 27 nəfər xəsarət alıb.

Xəsarət alanlardan beş nəfərinin vəziyyəti ağır olaraq dəyərləndirilir.

Qəzaya uğrayan gəmidə 129 nəfər, o cümlədən 26 heyət üzvü olub.

Xilasetmə işlərində 80 nəfər iştirak edir.
 
 
İcmal.Az

RƏYLƏR