Gəncə sakinləri etiraz edirlər – VİDEO

OXUNUB: 801 SOSİAL

Gəncədə uşaqların oynaması üçün nəzərdə tutulan ərazi icra hakimiyyəti tərəfindən satılıb.

İcmal.Az xəbər verir ki, bu barədə Oxu.Az-a Gəncə şəhər sakinləri şikayət edərək bildiriblər.

Onlar iddia edirlər ki,  N.Nərimanov küçəsi, 2-ci döngə ünvanında, 3 binanın arasında uşaqların oynaması üçün nəzərdə tutulan sahəni icra hakimiyyəti nümayəndələri satıb: "Hazırda həmin ərazini alan şəxs ev inşa etməyi planlaşdırır. Bu isə o deməkdir ki, uşaqlarımız oynamağa boş ərazi tapmayacaq. Həmçinin binanın qarşısına giriş-çıxışda problemlər yaranacaq. Sakinlər avtomomobili saxlamağa yer tapmayacaq və s.

Əgər onların etirazına məhəl qoyulmasa,  icra hakimiyyətinə yürüş etməyi planlaşdırırlar. Sakinlər probləmləri həll olunana qədər etirazlarını davam etdirəcəklərini deyiblər. 

 


İcmal.Az

RƏYLƏR