Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Endokrinoloji xəstəxanada əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Açılış mərasimində səhiyyə işçiləri, KİV və ictimaiyyət nümayəndələri iştirak edib. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tədbir iştirakçılarını salamlayaraq bildirib ki, Prezident İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün xəstəxanalar və poliklinikalar əsaslı təmir edilir, müasir avadanlıqlarla təchiz olunur. Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanası, İnfeksion Xəstəliklər Xəstəxanası, 6 saylı şəhər Poliklinikası, Stomatoloji Poliklinikanın əsaslı təmir olunduqlarını xatırladan Elmar Vəliyev bu işlərin müntəzəm olaraq davam edəcəyini vurğulayıb. Endokrinoloji xəstəxanaya baxış keçirildikdən sonra Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev burada yaradılan şəraiti yüksək qiymətləndirərək öz tapşırıq və tövsiyələrini verib. Qeyd edək ki, 2016-cı ilin noyabr ayından Gəncə şəhər Endokrinoloji xəstəxanasında əsaslı təmirə başlanılıb. Əsaslı təmirdən sonra burada keyfiyyətli tibbi xidməti göstərmək üçün hər cür şərait yaradılıb və xəstəxana müasir standartlara cavab verən avadanlıqlarla təmin olunub. 25 çarpayılıq endokrinoloji-terapevtik, 15 çarpayılıq endokrinoloji-cərrahiyyə şöbələri, stomatoloji kabinet, klinik və biokimyəvi laboratoriya və mətbəxdən ibarət olan xəstəxanada "Diabet məktəbi” fəaliyyət göstərir. Burada 11 həkim, 26 tibb bacısı, 17 kiçik tibb və texniki işçi heyət xəstələrə xidmət göstərəcək Gəncə şəhər Endokrinoloji xəstəxanasında 14 palata, 2 əməliyyat otağı, 4 sanitar qovşağı, 2 dəhliz, 2 mətbəx, pilləkən qəfəsi, 9 həkim otağı, konfrans zalı, inzibati bölmə və s. əsaslı təmir olunaraq müasir tələblərə cavab verən səviyyəyə çatdırılıb. Müasir istilik sistemi mövcud olan xəstəxanada su, kanalizasiya, elektrik və digər kommunikasiya xətləri yenilənmiş, yanğına qarşı xəbərverici cihazlar quraşdırılıb. Bildirək ki, il ərzində xəstəxanaya Gəncə şəhərindən və ətraf rayonlardan 400-dək xəstə daxil olur, 40-dək cərrahi əməliyyat aparılır.
Gəncə şəhər Endokrinoloji xəstəxananın əsaslı təmirdən sonra açılışı olub
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
MDU-da Türkiyə təcrübəsi: Tədqiqat və rəqəmsal idarəetmə bir arada
02.04.2026, 20:49 / SOSİAL -
Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşı fəlsəfə doktoru elmi dərəcəsi aldı
02.04.2026, 14:22 / Özəl, SOSİAL -
"Poz-Qazan"da 3 ayda 39 böyük uduş qazanılıb
02.04.2026, 13:18 / Özəl, SOSİAL -
Baş prokuror Gürcüstan Vəkillər Kollegiyasının sədri İrakli Kandaşvilini qəbul edib
01.04.2026, 17:29 / Özəl, SOSİAL -
-
Otaqlıda dirilən milli dəyərlərimiz...
31.03.2026, 15:21 / KÖŞƏ, Özəl, SOSİAL -
3 nəfərin ölümünə səbəb olan klinika rəhbəri həbsdə qaldı
30.03.2026, 16:58 / SOSİAL
Xəbər lenti
KÖŞƏ
ƏN ÇOX OXUNANLAR
-
SOSİAL Hilton Baku Hoteldə beynəlxalq təhsil sərgisi keçiriləcək: QEYDİYYATDAN KEÇMƏYƏ TƏLƏSİN!
-
GÜNDƏM, Özəl, İQTİSADİYYAT Mingəçevir şagirdləri “Sabahın alimləri” müsabiqəsinin finalına vəsiqə qazanıblar - VİDEO
-
HADİSƏ Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR: Tovuzun birinci müavini müxalifətin informatorudur?





















