Gəncə şəhərində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə şəhər Avtovağzalının qarşısında qeydə alınıb.
1953-cü il təvəllüdlü Şahmir İslam oğlu Hüseynov yolun qarşı tərəfinə keçmək istəyərkən onu avtomobil vuraraq ağır xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib və əməliyyata alınıb.
Faktla bağlı araşdırma aparılır./report
İcmal.Az























