Gəncədə partlayış - Xəsarət alanlar var

OXUNUB: 735 HADİSƏ
Gəncədə partlayış olub.

 


Hadisə şəhərin Əttarlar və Nizami Gəncəvi küçələrinin kəsişməsində qeydə alınıb.

Hadisə şəhər sakini Xaləddin Sarıyevə məxsus qutab bişirilən 4 kvadratmetrlik obyektdə baş verib. Hadisə zamanı X. Sarıyev və orada işləyən Qənirə adlı qadın yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Hadisənin qaz sızmasından baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

 

İcmal.Az

RƏYLƏR