Gənclərə örnək olan general: ORDUMUZUN KƏRİM VƏLİYEV ZİRVƏSİ

OXUNUB: 343 index-manşet SOSİAL
"Ordu xalqın istinadgahıdır"deyiblər. Bəli, hər bir müstəqil dövlətin, xalqın, millətin təhlükəsizliyi onun ordusunun qüdrəti ilə birbaşa bağlıdır. Cənubi Qafqazın lider dövləti olan Azərbaycan, hər zaman öz ordusu, generalları, zabitləri, sıravi əsgərləri ilə qüdrətli olub, təhlükəsizliyini təmin edibdir. Bu xüsusda, ən mühüm məqam gənclərin vətənpərvərlik hisslərinin gücləndirilməsi, bu istiqamətdə peşəkar kadrlardan örnək gətirilməsi mühüm əhəmiyyət kəsb edir.

ShushaPost.az saytı 7NEWS.az saytı ilə birlikdə növbəti, kiçik sorğu-araşdırma missiyasını başa vurub. 300-dən çox gənc arasında keçirilən sorğunun əsas məzmunu olduqca maraqlı və faydalı olduğunu düşünürük. "Milli Ordumuzun generallarından kimi örnək olaraq görürsünüz?” sualına gənclərin böyük əksəriyyəti Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyevin adını çəkərək cavablandırıblar.

Bu mənada biz də general-leytenant Kərim Vəliyevin fəaliyyətinə qısa nəzər salmağı qərarlaşdırdıq.

Kərim Vəliyev 9 fevral 1961-ci ildə Bakı şəhərində anadan olub. 1982-cü ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini fərqlənmə ilə bitirib. 1982-1990-cı illərdə SSRİ Silahlı Qüvvələri tərkibində kursant taqım komandiri, tədris şöbə rəisinin köməkçisi, tədris şöbə rəisinin baş köməkçisi vəzifələrində xidmət edib. 1990-1994-cü illərdə Frunze adına Hərbi Akademiyada qiyabi təhsil alıb. 1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində tədris şöbə rəisinin müavini, briqada komandiri, cəbhə komandanının müavini, Müdafiə nazirinin döyüş əməliyyatları üzrə müavini, ordu korpusu komandiri, Hərbi Elmi Mərkəzin rəisi,  Müdafiənin Planlaşdırılmasının Hərbi Strategiyası İdarəsinin rəisi vəzifələrində xidmət edib. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında birbaşa iştirak edib. Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 01.01.1994-cü il tarixli Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni, 24.06.2005-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı və 25.06.2012-ci il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunub. Azərbaycan Respublikası Prezidentinin 14.05.2014 tarixli Sərəncamı ilə Müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Orduda təmiz fəaliyyətinə görə, ləqəbi "Ağ kağız” olan Kərim Vəliyev Qarabağ müharibəsinin ən ağır vaxtlarında döyüş briqadalarından birində məsul vəzifələrdə xidmət edib. Vətən müharibəsi başlan ilk günlərdən K.Vəliyev ən qaynar nöqtələrdəki əməliyyatlara uğurla rəhbərlik edib və bir daha özünün bacarıqlı zabit olduğunu təsdiqləyib. Onun rəhbərlik etdiyi bölmələr düşmənə ağır zərbələr endirib. Düşmənin xeyli canlı qüvvəsini və texnikasını sıradan çıxarıb. Həmçinin, Cəbrayılın, Qubadlının və Zəngilanın azad olunması uğrunda döyüşlərdə böyük şücaət göstəriblər.

Cəbhə komandanlığının döyüş tapşırığını nümunəvi surətdə yerinə yetirən, bu işdə qəhrəmanlıq və şücaət göstərən, ona tabe olan hissələrə bacarıqla və mətanətlə komandanlıq edən Kərim Vəliyev Ali Baş Komandanın rəhbərliyi altında qələbənin qazanılmasında xüsusi rəşadət göstərib.

RƏYLƏR