"Gəncliyimiz yaşıl dünya naminə" layihəsi həyata keçirilib

OXUNUB: 1155 Özəl SOSİAL
Layihə çərçivəsində Mingəçevir şəhərində gənclərə ekoloji məlumatlılığın artırılması, gənclərin ekoloji tarazlığın qorunması prosesindəki mövqeyi və öhdəlikləri, uyğun təşəbbüslərin formalaşdırılması, maarifləndirmənin fərdi və kollektiv metodları, ekoloji tarazlığı pozan amillər, onların qarşısının alınması üsulları və s. haqqında məlumatlar verilib. Gənclər mövzuya müxtəlif fərdi və komanda işləri fonunda münasibət bildiriblər.
"Nurlu Sabah Gənclərə Qayğı” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi Mingəçevir şəhərində təhsil alan , yaşayan və fəaliyyət göstərən gənclərin ekoloji tarazlığın qorunması və təşəbbüskarlığınn artırılması istiqamətində bilik və bacarıqlarının artırılmasından ibarətdir. Layihə çərçivəsində keçirilən təlimlər iştirakçılara birbaşa, digər gənclərə dolayı yolla təsir etməklə növbəti mərhələdə daha çox şəxsin faydalanmasına zəmin yaradıb.
 

RƏYLƏR