General Süleymani İsrailin təməlini yıxmağa çağırdı

OXUNUB: 572 DÜNYA

İranlı komandir İsraili təhdid etdi

İran İnqilab Keşikçiləri komandiri Qasım Süleymani bombalı hücumda öldürülən Hizbullah komandiri İmad Muğniyənin anma mərasimində İsrail əleyhinə fikirlər səsləndirib.

O, İsraili təhdid etməkdən çəkinməyib.

İran İnqilab Keşikçilərinin xarici əməliyyatlardan məsul Qüds Qüvvələri komandiri Qasım Süleymani Tehranda təşkil edilən mərasimdə ağır ifadələrlə İsraili hədəf alıb.

"Bu rejim keçirdiyi əməliyyatları qorxusundan həyata keçirir”, – İsrailin son zamanlar Suriyadakı əməliyyatlarından danışan komandir bildirib.

"İmad Muğniyə və onun kimi İsrail tərəfindən öldürülən insanların qanının qisası bir raket atmaq və ya bir insanın öldürülməsi deyil, bəlkə də, bu rejimin təməlin i yıxmaqdır”, – Süleymani əlavə edib./oxu

İcmal.Az

RƏYLƏR