"Gold Electronics” mağazasından İran istehsalı olan peç alan vətəndaş məhsulun nasaz vəziyyətdə satıldığını iddia edir. Mağaza nasaz vəziyyətdə satdlğı məhsula görə vətəndaşa kömək etməkdən də boyun qaçırır.
Bu barədə Günel Cəfərova adlı vətəndaş şikayət səhifəsində paylaşım edib.
Şikayətçinin sözlərinə görə, aldığı peç normal işləməyib. O, yaranmış problemlə bağlı mağazanın rəhbərliyinə və məsul şəxslərinə dəfələrlə müraciət etsə də, şikayətinin həlli istiqamətində heç bir tədbir görülməyib.
Günel Cəfərova bildirir ki, mağaza rəhbərliyi və məsul şəxslər məsələ ilə maraqlanmır, yaranmış nasazlığa görə məsuliyyət daşımırlar.
Vətəndaş istehlakçı hüquqlarının pozulduğunu hesab edərək Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edib.
O, Agentlikdən "Gold Electronics” mağazasının fəaliyyəti ilə bağlı araşdırma aparılmasını, nasaz məhsulun dəyişdirilməsi və ya ödənilmiş məbləğin geri qaytarılması məsələsinin qanunvericiliyə uyğun həllinə köməklik göstərilməsini istəyib.
Şikayətçi, həmçinin mağazanın məsul şəxslərinin hərəkətlərinə hüquqi qiymət verilməsini və müraciətinin nəticəsi barədə ona rəsmi məlumat təqdim olunmasını xahiş edib.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.






















