Goranboy icra hakimiyyətindən bayrağımıza qarşı hörmətsizlik: BİABIRÇI FOTOLAR

OXUNUB: 1091 Özəl
Demək olar ki, Goranboy rayonu mediada ən çox tənqid olunan rayonlardan biridir. Bunun da bəlli obyektiv və subyektiv səbəbləri var. Məsələ burasındadır ki, rayonda ciddi şəkildə xaotik mühit hökm sürür. Əhali məmur özbaşınalığından təngə gəlib, sahibkarlar intihar həddinə çatmaqdadırlar.
Redaksiyamıza daxil olan növbəti informasiya Goranboyda baş verən xaotik proseslərin növbəti qurbanıdır. Söhbət Yeniyol kənd tam orta məktəbdən gedir. Məsələ burasındadır ki, Heydər Əliyev Fondunun hesabına tikilən məktəb həm də texniki təchizatı baxımından tam təmin olunmasına baxmayaraq tamamilə yararsız vəziyyətə düşüb. İddiaya görə məktəbi bu vəziyyətə icra başçısı və təhsil şöbəsini müdiri çatdırıb. Bələ ki, onlar Heydər Əliyev Fondu tərəfindən alınmış inventarları ya özükünləşiriblər, bir qismi isə 3000 manat məbləğinə satılıb.
 
İcmal.Az

RƏYLƏR