Bu sözləri 7NEWS.az-a ünvanladığı şikayətdə rayon sakini, iş adamı Verdiyev Arzu deyib. Şikayəti olduğu kimi təqdim edirik: "Möhtərəm Şəxslər və cənab Pirezident!
Bununla Sizə bildiririk ki, yaşadığımız və torpaq mülkiyyətçisi olduğumuz Goranboy rayonunda Meliorasiyya su təsərufatı idarəsinin "rəisi” İlqar Məhərrəmov tərəfindən əhaliyə zülüm edilir.
Süni surətdə su gəlməyə imkan verilmir. Dövlətə sahələrin təbii çay suyu və texniki vaistələr ilə suvarılması barədə ” hesabatlar” verilir (Dövlətdən görülməyən işlər üçün vəsait qoparmaq üşün) bu da fiktivnidir,saxtadır, maxinasuyadır. İlqar Məhərrəmov tərəfindən qohumbazlıq, yerlibazlıq kimi əməllər adi həyat tərzidir. Belə ki, idarədə kiritik vəzifələrə yerlilərini və əlaltılarını yerləşdirməklə idarədə əsil bazar açıb. ASC-tərəfindən idarəyə göndərilən nasoslar,ehtiyat hissələri və digər avadanlıqlar satılır. Su gələndə də ən azı 20 qatı baha qiymətə satılır. Bununda bir hissəsi maxinasiyanın ört- bastır edilməsinə, qalan hisəsi isə İlqar Məhərrəmovun varlanmasına, gəlib gedənin yola verilməsinə sərf edilir.Bu pozuntu hallarını müvafiq Dövlət orqanları qarşısında qaldırdığımıza görə illərdi bizim yaşadığımız ərazi və sahələrimizi təbii çay suyundan məhrum edib və əhaliyə qarşı hər cür təxribat edir.
İdarəyə dövlət tərəfindən verilmiş avadanlıqlar şəxsi əmlak olaraq istifadə edildiyindən biz yüksək miqdarda pul ödəməyə məcbur oluruq. Dövlətə məxsus avadanlıqlar, aqreqat, ekskavator,kran və digər yardımlar təyinatına uyğun olmayaraq şəxsi əmlakı olaraq xaltura məqsədi ilə istifadə olunur vəsaitlər mənimsənilir.
SİZLƏRDƏN bu yazdığımız faktları araşdırılımasını təmin edib Goranboy rayonunu bu qanun tanımaz,korupsiyaya bulaşmış Melarasiyya və su təsərüfatı idarəsinə "rəhbərlik” edən şəxsdən qurtarmanızı xahiş edirik!"