Goranboyda kütləvi dava: Ölən və yaralananlar var – YENİLƏNİB

OXUNUB: 665 HADİSƏ

Kütləvi davada ölənin kimliyi məlum olub.

İcmal.Az APA-ya istinadən xəbər verir ki, bu, Dəliməmmədli qəsəbə sakini, 1996-cı il təvəllüdlü Cəbrayılov Zülfüqardır.

Bıçaq xəsarətləri alanlardan birinin kimliyi bəlli olub. Bu, Dəliməmmədli qəsəbə sakini, 1995-ci il təvəllüdlü Hatəmi Anar Azad oğludur.

İnsident zamanı daha bir neçə nəfərin bıçaqlandığı bildirilir.

***

23:08

Goranboyun Dəliməmmədli qəsəbəsində kütləvi dava olub.

İcmal.Az APA-ya istinadən xəbər verir ki, dava zamanı bir neçə nəfər bıçaqlanıb.

Bıçaqlananların arasında ölənin də olduğu bildirilir. 

Yaralılar Gəncədəki xəstəxanalara yerləşdiriliblər.

Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR