Günel Səfərova: "ATƏT yalnız Şərqə baxır, Qərbi görmür"

OXUNUB: 1066 SİYASƏT

"Azərbaycanın ərazisi olan Qarabağa ATƏT-ə üzv ölkələrdən 120 jurnalist qanunsuz səfər edib. Maraqlıdır, hansı maliyyə vəsaiti ilə və Azərbaycan dövlətindən icazə almadan bu necə olur?”

 

 Bunu "Gənc Vətəndaş” Maarifləndirmə İctimai Birliyinin icraçı direktoru Günel Səfərova ATƏT-in Varşavada keçirilən İnsan hüquq və azadlıqlarına həsr olunan toplantısında deyib.

 

"Tədbirdə məndən əvvəl çıxış edənlər söz azadlığının fundamental insan hüququ olduğunu vurğuladılar və müstəqil KİV haqqında kifayət qədər danışıldı. Azərbaycana qarşı saxta məlumatlar istisna olmaqla deyilən fikirlərin bir çoxu ilə razıyam. Jurnalist təhlükəsizliyindən danışılırsa, erməni silahlı qüvvələri 5 jurnalistimizi öldürüb və əlbəttə onların adı xarici hesabatlarda olmayacaq. Dinc sakinlərin öz evlərində ermənilər tərəfindən öldürülməsi faktı varsa, jurnalist təhlükəsizliyindən necə danışmaq olar?”- deyə G. Səfərova əlavə edib.

 

2 yaşlı Zəhra və nənəsi öz evlərində ermənilər tərəfindən öldürüldüyünü qeyd edən icraçı direktor ATƏT-in yalnız Şərqə baxdığını, Qərbi görmədiyini qeyd edib: "Qərbdə ksenofobia, dini ayrıseçkilik və miqrantlara qarşı sərt davranışı kimsə görmür. Biz problemləri konstruktiv yolla həll etmək istəyiriksə, ikili standartlardan qaçmalıyıq”.

 

G. Səfərovanın çıxışına toplantıda iştirak edən ermənilərə pis təsir etdiyindən onun çıxışına yerdən replikalar ataraq G. Səfərovanı hakimiyyətə dəstəkləməkdə ittiham edərək 5 jurnalistin ölümü normal olduğunu deyiblər.  

 

Günel Səfərova cavabında "çıxışında yalnız ermənilərin qanun pozuntusundan danışdığını vurğuladığını bildirib: "Həqiqəti söyləmək sizi ifşadır”./lent

 

 

İcmal.Az

RƏYLƏR