Gürcüstan müsəlmanları xüsusi bəyanat yaydı

OXUNUB: 600 DÜNYA

Gürcüstanın müsəlman dini liderləri ölkədə baş verən son proseslərlə bağlı bəyanat yayıb. 

Bəyanatda din adı ilə törədilən istənilən zorakılıq pislənilir. 

Sənəddə qeyd olunub ki, terrorizmin milliyyəti və dini yoxdur: "Şiddət, zülm, işgəncənin İslam dini ilə heç bir əlaqəsi yoxdur. İslam sülh və mehribanlıq dinidir. Gürcüstanın milliyyəti və dinindən asılı olmayaraq bütün vətəndaşlarını ölkədə sülh və sabitliyi qorumağa və zorakılığa qarşı birləşməyə çağırırıq". 

Bəyanat müəllifləri qeyd ediblər ki, Gürcüstan müsəlmanları digər konfessiyalarla birgə əsrlər boyu sülh şəraitində yaşayıb və ölkənin inkişafına töhfə veriblər. 

 

Qeyd edək ki, dünən Gürcüstanda çeçenlərin yaşadığı Pankisi dərəsində həyata keçirilmiş xüsusi əməliyyat zamanı terrorçuluq fəaliyyətində şübhəli bilinən 5 nəfər saxlanılıb.apa

İcmal.Az

RƏYLƏR