Gürcüstanda “qanuni oğrular”a qarşı cəzalar sərtləşdirilir

OXUNUB: 582 DÜNYA

Gürcüstanın Daxili İşlər Nazirliyi "qanuni oğrular”la bağlı yeni qanun layihəsi hazırlayıb.

 Sənədə əsasən, "qanuni oğrular”a və onların tərəfdaşlarına qarşı cəzalar sərtləşdirilir.

Qanun layihəsinin hazırlanması üçün isə, Gürcüstan keçmiş daxili işlər naziri Georgi Mqebriaşvili İtaliyaya səfər edərək, bu ölkənin təcrübəsini öyrənib. Məlumata əsasən, Gürcüstan hökuməti və güc strukturları ölkədəki cinayətkar qruplara, kriminal avtoritetlərə və "qanuni oğru”lara qarşı daha sərt və amansız olacaq.

"Bu istiqamətdə qanunvericiliyə əhəmiyyətli dəyişikliklərin edilməsi planlaşdırılır. Hazırlanmış qanun layihəsi cəza mexanizminin tətbiq olunduğu cinayət əməllərinin dairəsini genişləndirir”, - məlumatda qeyd olunur.

Yeni qanun layihəsi yaxın vaxtlarda hökumətə təqdim ediləcək və qəbul olunacaq./oxu

İcmal.Az

RƏYLƏR