Göyçayda maşın dirəyə çırpıldı - 2 əmioğlu xəstəxanaya yerləşdirildi

OXUNUB: 673 HADİSƏ

Göyçayda yol qəzası baş verib.

Hadisə rayon mərkəzində qeydə alınıb. Rayonun Bığır kənd sakini, 1990-cı il təvəllüdlü Qafarov Valeh Bəhmən oğlu "Vaz" markalı avtomobili idarə edərkən idarəetməni tirib və yolun kənarındakı dirəyə çırpılıb.

Hadisə nəticəsində V.Qafarov və sərnişini, əmisi oğlu 1998-ci il təvəllüdlü Qafarov Ruslan Əvəz oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, hadisəyə səbəb yüksək sürət olub.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsində araşdırma aparılır./trend

 

İcmal.Az

RƏYLƏR