Gəncə-Şəmkir yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə yolun Göygöl rayonunun Quşqara kəndindən keçən hissəsində qeydə alınıb.
"VAZ 2106” və "Ford” markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər – 1959-cu il təvəllüdlü Çiçək Abbasova və 1949-cu il təvəllüdlü Məmməd Süleymanov xəsarət alıb.
Onlar Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır./apa
İcmal.Az