Göygöldə qanunsuz silah saxlayan şəxs saxlanılıb -FOTO (ÖZƏL)

OXUNUB: 489 HADİSƏ
Göygöl rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması  istiqamətində tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan 7NEWS.az-ın yerli bürosuna verilən məlumata görə, RPŞ-in  əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən, rayon sakini, Kamrəddin Ələsgərovun  rayonun Sərkarlı kəndindəki fərdi yaşayış evinə baxış keçirilən zaman 1 ədəd, atəşə yararlı, lüləsi və qundağı kəsilmiş, yivli "TOZ 8” markalı odlu silah aşkar  edilərək götürülüb.
Götürülən maddi sübut ekspertizaya göndərilib, faktla bağlı cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

RƏYLƏR