Göygöldə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
İcmal.Az-ın Report-a istinadən məlumatına görə, hadisə Hacıkənd yolunda qeydə alınıb.
İlkin məlumata görə, yük maşını idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobilin sürücüsü - Göygöl rayon Çaykənd sakini, 1994-cü il təvəllüdlü Aydınov Seymur Hafiz oğlu hadisə yerində ölüb.
Yük maşınının şirkətlərdən birinə məxsus olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
İcmal.Az