“Gözəlləmə” dastanı: gorun çatlasın, ay Femida

OXUNUB: 409 MARAQLI
Yeni bir "Gözəlləmə” siyasi şousu başlayıb, dostlar özü də nə şou. Ay qoymayın ölkəmizin "Femida”sı (bunu deyəndə adamın dönə-dönə bu ədalət ilahəsindən üzr istəməyi gəlir) həbs olunub, ay nə bilim,ölkədə siyasi repressiya başlayıb, ay haray, hökumət qatığımıza ağ dedi. 
Dünən Qazax rayon məhkəməsinin hökmü ilə gömrük bəyannaməsinə qeyd edilməmiş valyuta keçirdiyinə görə Cinayət Məcəlləsinin qaçaqmalçılıq maddəsi ilə təqsirləndirilənAXCP sədr müavini Gözəl Bayramlının 3 il müddətinə azadlıqdan məhrum edilməsini Əli Kərimlinin virtual qaragürühu növbəti şouya çevirib. Təsəvvür edin: bu söz pəhləvanları hüquqa, qanunlara söykənən bircə kəlmə işlətməyərək, ancaq məhkəməni siyasi qərarlar verməkdəsuçlayır, istintaq aparanları, orada iştirak edən şahidləri və digər şəxsləri təhqir edirlər. Hər zaman öz ampluasında olan bu "çatxana bülbülləri” ağalarının təlimatlarına uyğun yalnız bir xətti tirajlayırlar: nə olur-olsun qara yaxaq, böhtan ataq, alçaldıcı ifadələr işlədək, əks arqument, rəy və fikirləri bloklayaq, Qərb dairələri üçün yeni bir "Gözəlləmə” dastanı uydurub, əlavə maliyyə kanalları arayıb tapaq. 
Guya bunlar ana-bacı təəssübkeşidirlər, həbs olunanın qadın olduğunu bəyan edərək, zərif cincin nümayəndəsinə qarşı atılan bu hüquqi addımı "ədalətsiz” adlandırırlar. Facebook və Youtube pələngləri, əvvəla bilməlisiniz ki, prosesin ilk günündən obyektiv hüquqi addımlar atılmış, bütün müdafiə hərəkətləri təmin edilmiş, ədalətli istintaq və məhkəmə araşdırılması aparılmış, iclaslar ictimaiyyətə açıq şəkildə keçirilmiş, qanunun cins fərqi olmasa da, bu məsələdə humanistlik göstərilərək ən aşağı cəza tətbiq edilmişdir. 
Yaxşı, bu dövlətin hüquq-mühafizə orqanlarının və müstəqil məhkəmə hakimiyyətinin qərarlarından narazısınızsa, hüquqi addımlarla - apellyasiya, kassasiya və digər normativ-qanunvericilik qaydasında şikayətinizi istənilən instansiyaya daşıyın da, lap istəyirsiz avropalı ağalarınızın qəbuluna aparın. Day şakərinizə uyğun şər-böhtan atmaqla, dövlətə, onun hakimiyyət qollarına təzyiq etməklə "öküz altında buzov aramağın” nə yeri var. 
Heç kim istəməz ki, Azərbaycan qadını dəmir barmaqlıqlar arasına düşsün, amma onu bu aqibətə siz-naftalin iyli "siyasətçi”lər və tamahınız vadar etdiniz. İsti yerlərinizdə oturub qadından daşıyıcı kimi istifadə edəndə, onu çirkli oyunlarınıza alət edəndə oturub fikirləşəydiniz ki, hüquqla, ədalətlə toqquşacaqsınız, ay savadsız "roza lüksemburq”çular. 
Bu son "Gözəlləmə” şounuz haqda çox nağıllar uydura bilərsiz,dil pəhləvanları, daydaylarınız vasitəsilə qoca qitədən, okeanın o üzündən yeni pul kisələri də tapa bilərsiz. Amma bir şeyi bilməlisiniz ki, Femidanın əlində olan o haqq-ədalət qılıncı daim başınızın üstündə olacaq və tərəzinin bir gözünə sizləri yığanda daim aşağı-yuxarı oynayacaqsınız.
Hə, bu arada sosial şəbəkələrdə "Gözəlləmə” dastanı düzəltdiyiniz gün Strasburqda sizinlə eyni amal və xəttə xidmət edən Ermənistan rəhbəri Serj Sarqsyanikili standartdan əl çəkməyən Avropa Şurasının verdiyi qol-qanaddan bəhrələnərək, yenidən bütün dünyaya ağ yalan danışdı, Azərbaycan və Türkiyə haqda təhrifedici və aşağılayıcı çıxış etdi. Bəs guya hər zaman "bu dövlətin yanındasız”, onu "canınızdan çox istəyirsiz”, onun üçün "yanırsız”, ay vətənşüvənlər. Heç olmasa özünüzdə, nəsə bir şey tapıb, bu caniyə, Xocalı cəlladına və ona meydan verən Avropaya bir etiraz edin. Doğu Perincek qədər də ola bilməzsiniz? Adam Türkiyədəki bütün iqtidarlara qarşı mübarizə aparırdı, kommunist kimi "kürd təəssübkeşliyini” qaldırırdı, amma Avropada mərd-mərdanə dedi ki, "erməni soyqırımı” uydurmalarınıza baş əyməyəcək,Türkiyəniaşağılamanıza imkan verməyəcəm. Belə addımlar ata bilərsizmi, ay şoubazlar? Axı, Avropaya səpələnmisiniz, üstəlik, "demokratikliyiniz” üzündən oralarda"diliniz” çox uzundur.
 
Asif Əsgərli
Azərbaycan Demokratik Tələbə
Gənclər Təşkilatının sədri

 

 
İcmal.Az

RƏYLƏR