Hacıbala Abutalıbovun səhhəti ilə bağlı RƏSMİ AÇIQLAMA

OXUNUB: 627 SOSİAL

Ötən gündən etibarən bəzi KİV-lərdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun beyin insultu keçirməsi ilə bağlı xəbərlər yayılıb. Bakı merinin müalicə üçün Almaniyaya aparıldığı vurğulanır.

İcmal.Az-ın xəbərinə görə, BŞİH-nin Mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova Qafqazinfo-ya bildirib ki, KİV yalan informasiya yayıb: "Şükürlər olsun ki, Hacıbala müəllim yaxşıdır. Hər hansı xəstəliyi yoxdur. Hazırda da işinin başındadır. Allah hamımızı pis xəstəliklərdən uzaq eləsin”.

İcmal.Az

RƏYLƏR