Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə "Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi tərəfindən icra olunan "Gənclər Müstəqil Azərbaycan Konstitusiyasını və Ümummilli Lider Heydər Əliyevin irsini öyrənir" adlı layihə çərçivəsində Hacıqabul rayonunda maarifləndirici seminar təşkil olunmuşdur.
Gənclərə Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin, dövlətçilik kursunun təbliği, müəllifi və memarı olduğu Müstəqil Azərbaycan Konstitusiyasının bölgə gəncləri arasında aşılanması, milli suverenliyimizin, konstitusion dəyərlərimizin və eləcədə Ölkə Prezidentinin monolit siyasətinin gəncləri arasında hərtərəfli yayılması nəzərdə tutan tədbir 30-a yaxın Hacıqabul gəncinin iştirakı ilə keçirildi.
Layihənin direktoru, ADTGT İctimai Birliyinin icraçı direktoru Gülnarə Bağırova Ulu Öndərin və şəhidlərimizin ruhunu 1 dəqiqəlik sükutla qeyd etdikdən sonra tədbirin məqsədi, gənclər üçün əhəmiyyətli olan mövzu haqqında məlumat verdi. Sonra Hacıqabul rayon İcra Hakimiyyətinin sektor müdiri Natiq Mustafayev təbrik çıxışı edərək, AR Gənclər Fondunun və ADTGT İctimai Birliyinin belə maarifləndirici tədbirlərindən birinin də Hacıqabul rayon gənclər üçün təşkilini yüksək qiymətləndirdi.
Sonra layihənin eksperti, ADTGT İctimai Birliyinin sədri, YAP İdarə Heyətinin üzvü Asif Əsgərli çıxış edərək, rayon gənclərinə Ulu Öndərin tarixi missiyası, onun Azərbaycanın inkişafı və tərəqqsində misilisiz xidmətləri, Müstəqil Azərbaycan Konstitusiyasının memarı və müəllifi olması, Azərbaycan dövlətçiliyini qoruyub saxlaması haqqında geniş və əhatəli bilgilər çatdırdı. Ümummilli Liderin dövlətçilik və suverenlik kursunun Cənab Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə yerinə yetirilməsini qeyd edən A.Əsgərli gənclərimizin də bu siyasəti bilməsin və yaymasını vacib adlandırdı.
Seminar tədbir işirakçılarının sual cavabları, rəy və fikirləri ilə davam etdi və sonda belə tədbirlərin regionlarda requlyar təşkili arzu edildi.
ADTGT İctimai Birliyinin informasiya yayımı xidməti


























