Rəqqasə Oksana Rəsulova sosial şəbəkədəki paylaşımı ilə səs-küy yaradıb.
İcmal.Az-ın məlumatına görə, sənətçi bir oğlanla əl-ələ tutan fotosunu yayımlayaraq "Nə yaxşı ki, varsan... Həyatımda və qəlbimdəsən...” sözlərini yazıb.
O.Rəsulovanın bu yaxınlarda hamilə olması xəbəri yayılıb. Süni mayalanma yolu ilə ana olmağa çalışan sənətçi hamiləliyinin yeddinci ayındadır. O, şəhərdən uzaq bir yerdə qalır.

İcmal.Az