Onun uşağı 6 aylıq dünyaya gəlib
Amerikada hamilə qadın körpəsini nişanlısının maşınında dünyaya gətirib.
Raelin Skurri 6 aylıq hamilə olub. Evdə qəfil sancıları başlayarkən nişanlısını onu xəstəxanaya çatdırmaq istəyib. Cütlük təcili yardımın gec gələcəyini düşündüyü üçün yaxınlıqda olan xəstəxanaya öz maşınları ilə getməyə qərar veriblər.
Lakin ana bətnindəki körpənin gözləməyə səbri çatmayıb. Nəticədə qadın özü maşının on oturacağında körpəsini dünyaya gətirib. Maraqlısı isə budur ki, körpə su kisəsi kimi bilinən amniyotik kisənin içində dünyaya gəlib.
Körpələrin kisə içərisində doğulması dünyada olduqca nadir görünən bir hadisədir. Qadın doğuşdan 7 dəqiqə sonra xəstəxanaya çatıb. Həkimlər isə dərhal kisəni yırtaraq uşağın rahat nəfəs almasını təmin ediblər.
Qadın başına gələnləri "İnstagram" səhifəsində paylaşıb. Uşaq 6 aylıq doğulduğu üçün çox zəif olsa da, hazırda ana və körpənin səhhətinin normal olduğu qeyd edilib./istipress
İcmal.Az