Haqqında yayılan xəbərdən sonra qazdırdığı məzara girdi - VİDEO

OXUNUB: 512 DÜNYA

Türkiyənin Adıyaman vilayətində haqqında "Öldü" söz-söhbəti gəzən bələdiyyə sədri Mahmut Göksu reaksiyasını məzara girərək göstərib.

Sosial şəbəkələrdə infarkt keçirib, öldüyü xəbərləri yayılan Mahmut Göksu paylaşımlara məzara girərək reaksiya göstərib, yaşadığını bu cür bildirib.

Bələdiyyə sədri ölümü ilə bağlı yayılan xəbərlərə "Bu arada telefonlarım susmadı. Sağ olsun dostlar, zəng etdilər, səsimi duyunca, təbii ki, çox sevindilər. Məni ölmədən öldürməyə çalışırlar" deyib./milli

İcmal.Az

 


Haqqında yayılan xəbərdən sonra qazdırdığı məzara girdi

RƏYLƏR