27 yaşlı aktrisa Hazal Kaya 42 yaşlı həmkarı Əli Atayla evlənməyə hazırlaşır.
İcmal.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Bizim hekayə” serialının baş rol ifaçısı Hazal Kaya 5 ildir sevgili olduğu aktyor və rejissor sevgilisi Əli Atay ilə münasibətlərini rəsmiləşdirməyə qərar verib.
Cütlüyün dostlarının sözlərinə görə, onların toyu yaxın aylarda baş tutacaq.
Qeyd edək ki, cütlük arasında 15 yaş fərqi var.
İcmal.Az