Həbs edilən şəxs generalın qardaşı oğludur? - DGK-dan AÇIQLAMA

OXUNUB: 223 Özəl İQTİSADİYYAT
Bəzi kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsinin müvafiq qurumları tərəfindən Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə birgə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rüşvət almaqda təqsirli bilinərək saxlanılan Bakı Baş Gömrük İdarəsinin əməkdaşı Emin Xəlilovun Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi Təmkin Xəlilovun qardaşı oğlu olduğuna dair iddialar irəli sürülüb.

Yeniavaz.com xəbər verir ki, məsələ barədə Dövlət Gömrük Komitəsi (DGK) açıqlama yayıb.

DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov bildirib ki, həmin iddialar həqiqətə uyğun deyil:

"Emin Xəlilovun Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi Təmkin Xəlilovun qardaşı oğlu olmasına dair məlumatlar yalandır”.

RƏYLƏR