7NEWS.az xəbər verir ki, bu barədə Sərdar Yusifoğlunun atası İsgəndərov Yusif Əli oğlu məlumat verib. Müraciəti təqdim edirik:
'İsgəndərov Sərdar Yusif oglu, hazirda Bakı İstintaq Təcritxanasında (Kürdəxanıda) saxlanılır. O, Respublika Prokrorluğunun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinin Mustentiqləri tərəfindən ona qarşı irəli sürülən ittihamların və əsassız maddələrə etiraz olaraq 5 gündür ölüm aclığı edir. (Quru ölüm aclığı). 2019-cı il tarixindən Hazirda Sərdar Yusifoğlu təcridxanada onun üçün ayrilmiş ayrıca kamerada aclığı davam etdirir. Onun həbsxana rəhbərliyindən hec bir şikayəti yoxdur.
Qeyd edim ki, Sərdar Yusifoğlu Dövlətinə və Prezdentinə hər zaman sadiq adam olub. Həmişə dövlətçiliyi və Prezident cənab İlham Əliyevi təbliğ edib. Buna sübut üçün onun rəhbərlik etdiyi Gənclərin Elmi Mədəni İnkişafı İctimai Birliyinin fəaliyyətini göstərmək olar. Bununçün Gemi.az saytına baxmanızı rica edirəm.
Atası: İsgəndərov Yusif Əli oğlu
077-632-87-77
























