Cəlilabadda axtarışda olan rayon sakini saxlanılıb.
Saxlanılan Əhmədli Xəqani adlı şəxs həmyerlisi Zamiq Rzayevlə əlbir olaraq Cəlilabad rayon sakini Həsənov Xəyala hədə-qorxu gəlməklə onun 3 min 500 manat pulunu mənimsəyib.
Həmçinin, qrup üzvləri bu cinayət əməlini Yardımlı rayon sakininə qarşı da tətbiq ediblər. Həmin şəxsdən zorakılıq yolu ilə 5 min 300 manat pul əldə edilib.
Əvvəllər məhkum olunmuş 1977-ci il təvəllüdlü Əhmədli Xəqani Cinayət Məcəlləsinin 8 maddəsi üzrə axtarışda olub.
Faktla bağlı araşdırmalar davam etdirilir./report