Yığıncaqda Hökumət Təşkilatları, Insan Hüquqları üzrə Müvəkkil Ombudsman, Qeyri Hökumət Təşkilatlarının nümayəndələri, Assosiasiyanın üzvləri və KİV nümayəndələri iştirak etmişlər. Konfransı Salamlama ilə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının beynəlxalq əlaqələr üzrə koordinatoru Vüqar Tarverdiyev açmışdır. Azərbaycanda Hemofiliyanın tarixi haqqında Gülnarə Hüseynova çıxış etmişdir. Daha sonra İTV jurnalisti Vəsilə Vahid qızının təqdimatı ilə "Faktor” filmi nümayiş edilmişdir. Filmdən sonra Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının icraçı direktoru Ayaz Hüseynov "Azərbaycanda hemofiliya dünən, bu gün, sabah ” adlı hesabat xarakterli təşkilatın fəaliyyəti haqqında məruzə etdi. Hesabatda aşağıdakı fəaliyyətlər göstərildi: - Hemofiliyalı xəstələrin maraqlarını müdafiə etmək üçün 20 il ərzində dəfə Səhiyyə nazirliyi ilə müraciətlər olub və görüşlər keçirilib. Müraciətlərdə regionları dərman preparatları ilə təminatı, kadrların təkmilləşdirilməsinə dair, xaricdən mutəxəssilərin dəvəti ilə bağlı, Gəncə və Şirvan şəhərlərində regional mərkəzlərin yaradılması haqqında məsələlər göstərilmişdir. Əlilliyin profilaktikasına dair Quba, Şəki, Gəncə, Şirvan, Lənkəran, Mingəçevirdə hemofiliya haqqında məlumatları toplanmasi üçün informasiya mərkəzləri yaradılmışdır. Azərbaycanın 44 rayon və şəhərlərində və Naxçıvan MR da Hemofiliya problemlərinə dair rayon mərkəzi xəstəxanalarda çox profilli tibb işçiləri üçün seminarlarkeçirilmişdir. Xarici ölkələrə səfərlər edilib, Konfrans və Konqresslərdə iştirak olunub Çox saylı düşərgələr, Hemofiliya Məktəbi təşkil edilib. Xarici dövlətlərdə fəaliyyət göstərən vətəndaşlarla təcrübə mübadiləsi aparılıb. Avropa Hemofiliya konsorsium və Dunya Hemofiliya Federasiyasının Konfrans və Konqreslərində Azərbaycan layiqincə təmsil edilmişdir. Gələcəkdə qarşıya qoyulan məsələlərin həlli üçün aşağıdakı fəaliyyətlər istiqaməti qeyd edilmişdir. 1. Faktor konsentratlarının 4 beynəlxalq vahidə çatdırıması 2. Hepatit B və C viruslara yoluxan hemofiliyalı xəstələrin tam müalicəsi 3. Faktor konsentratları dərman preparatlarını regionlara paylaşdırılması 4. Hemofiliyalıların tekmilləşmiş elektron bazasının yaradılması 5. Ortoped cərrahların təkmilləşməsi 6. Tibbi genetik laboratoriyanın yaradılması Konfransda digər qonaqlar: Ombudsman Elmira Süleymanova, İrəli Gənlər Təşkilatının sədri MirHəsən Seyidov, Prezident yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Anar Xəlilov, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sosial məsələlər üzrə koordinatoru Nurəddin 1, Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimov, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının Valideynlərlə iş üzrə koordinator Vüsalə Əkbərova çıxış etdilər. Тoplantıda çıxış edən Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının üzvləri hemofiliyalı xəstələrə göstərilən dəstəyə görə təşəkkürlərini bildiriblər.
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası Hesabat Konfransını təşkil edib
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
“Yay Fest 2026”nın “Startap və Sahibkarlıq” düşərgəsi uğurla başa çatıb
29.08.2026, 16:41 / Özəl, QHT, SOSİAL -
Astara gəncləri “Səyyar Gənclər Xidməti”nin imkanlarından yararlanırlar
26.08.2026, 13:21 / Özəl, QHT, SOSİAL -
BAMF-da “Natiqlik mədəniyyətinin regionlarda təbliği” mövzusunda tədbir keçirilib
21.08.2026, 16:45 / Özəl, QHT, SOSİAL -
“Səyyar Gənclər Xidməti” fəaliyyətini Xızıda davam etdirir
12.08.2026, 11:03 / Özəl, QHT, SOSİAL -
Azərbaycan və Özbəkistanın QHT-lər üçün ilk dəfə birlikdə elan etdiyi qrant müsabiqəsi üzrə daxil olan layihələrin ekspertizasına başlanılıb
05.08.2026, 12:08 / Özəl, QHT, SOSİAL -
Yay Fest-in “Kreativ AI” düşərgəsi uğurla başa çatıb
01.08.2026, 10:13 / Özəl, QHT, SOSİAL -
“Natiqlik mədəniyyətinin regionlarda təbliği” layihəsi çərçivəsində ilk tədbir Ağsuda keçirildi – FOTOLAR
30.07.2026, 10:19 / Özəl, QHT, SOSİAL
Xəbər lenti
KÖŞƏ
ƏN ÇOX OXUNANLAR
-
SOSİAL MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİNDƏN REKORD GÖSTƏRİCİ: 98,10% QƏBUL VƏ 1717 BAKALAVR TƏHSİL SƏVİYYƏSİ ÜZRƏ TƏLƏBƏ QƏBULU !
-
Özəl, SOSİAL Tashkent Content Market ilk dəfə keçiriləcək
-
SOSİAL Mingəçevir Dövlət Universitetində bakalavriat səviyyəsi üzrə qəbul planı 100% dolub: 1750 nəfər tələbə adını qazanıb

























