"Hər gün 73 iş yoldaşıma öpüş verməkdən bezdim"

OXUNUB: 563 MARAQLI

Hər gün 73 iş yoldaşıma öpüş verməkdən bezdim.

Bu sözləri Aude Picard-Wolff adlı fransız bələdiyyə başçısı deyib. O bildirib ki, salam verərkən və görüşərkən öpüşmək yersizdir.

Aude Picard-Wolf adlı qadın digər bələdiyyə başçılarına elektron məktub yazaraq öpüşərək salamlaşma əvəzinə əl sıxmağın daha normal olduğunu qeyd edib. Onun bu məktubu ölkədə müzakirələrə səbəb olub.

Aude Picard-Wolf bildirib ki, fransızlar artıq öpüşüb-görüşmək adətindən uzaqlaşmalıdılar. O, bunu sağlamlıq cəhətdən də doğru olmadığını dilə gətirib.

 

Qadınların çoxu onun təklifini normal qarşılayıb və Audeyə dəstək olublar./milli

İcmal.Az

RƏYLƏR