"Zəfər Günü” bizə o qədər müqəddəs hisslər aşılayır ki, o hissləri konkret sözlə, kəlmə ilə təsvir eləmək çox çətindir. Şükür, bu günə. Şükür, bu möhtəşəm qələbəyə. Şükür olsun, Azərbaycanımızın bu xoşbəxtliyinə.” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.
"44 günlük müharibədə Azərbaycan xalqı yumruq kimi birləşdi və böyük əzəmət nümayiş etdirdi. Hamı qələbəyə köklənmişdi, hamı ancaq şad xəbər gözləyirdi, hamının içində bir inam vardı. Və həmin qələbə gəldi. Həm də gecikmədən gəldi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Qəhrəman Ordumuz düşmənin başını əzdi, əzəli torpaqlarımızı 30 illik əsarətdən sonra geri qaytardı.
Bundan sonra Azərbaycanın gücü daha da artıq olacaq. Eşq olsun, millətimə və dünyada söz sahibi olan dövlətimə. Eşq olsun, Azərbaycanımın adını hər yerdə ucalara qaldıran, bizi daim qələbələrə doğru aparan dəyərli Prezidentimə!” - deyə Partiya sədri fikirlərinə davam edib.