Faşizm üzərində qələbənin 73-cü ildönümü münasibətilə mayın 9-da, saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları təşkil olunacaq.
Bu bardə İcmal.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Orkestrlər şəhərin müəyyən edilmiş beş nöqtəsində çıxış edəcək:
- Dənizkənarı Milli Parkda (Azadlıq meydanı qarşısında);
- Əhmədli qəsəbəsi Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkında;
- Zərifə Əliyeva parkında;
- Zabitlər parkında;
- Fəvvarələr meydanında.
İcmal.Az