Heydərov Mehdiyevin oğlunu və Mikayılovu müdafiə edəcəkmi?

OXUNUB: 29 HADİSƏ
Qaradağ rayon icra başçısı Süleyman Mikayılov dövlət idaəçilik sistemində ən odioz fiqurlardan biri kimi tanınır. Onun adı Lənkəranın icra başçısı vəzifəsində və Boks Federasiyasında müxtəlif qalmaqallarda hallanıb. Süleyman Mikayılov həm xaraktercə qaba biri olmağı, həm də müxtəlif korrupsiya ittihamları ilə gündəmə gəlib.

Bu illər ərzində onun vəzifələrdə qalmasının yeganə səbəbkarı Fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur. Nazir onu öz kadrı kimi ən yüksək səviyyədə qoruyub, siyasi rəhbərliyə təqdimatını verib və bütün əməllərini ört-basdır edib. Yəni Heydərov faktoru olmasaydı, Mikayılov çoxdan həbsdəki keçmiş həmkarlarının yanında idi.

Son günlərdı isə FHN ətrafında baş verənlər olduqca maraqlıdır. Əvvəla dövlətə xəyanətdə ittiham olunan Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev hələ də Heydərovun müavini vəzifəsini daşıyır. Halbuki cəmiyyətdə Mehdiyevin oğlunun istefası ilə bağlı çağırışlar səslənir.
Onun davamı olaraq Heydərovun adamı olan Qaradağın icra başçısının ətrafında həbslərin getməsi nəzərləri yenidən FHN-ə yönəldib.
Görəsən, Heydərov nə vaxta qədər atası dövlətə xəyanətdə təqsirləndirilən Mehdiyevin oğlunu və müavini korrupsiya ilə həbs olunan başçı Mikayılovu müdafiə, yaxud himayə edəcək?

RƏYLƏR