Caspian events Tural Alakbar təşkilatçılığı ilə Bakıda keçirilən "Celebrty Awards-2025” mükafatlandırma mərasimində HH Design Archstudio "MMC” Habil və Qabil Hüseyinli qardaşları öz dəstəyilə və nüfuzu ilə diqqət çəkib. Azərbaycanın memarlıq və interyer dizayn sahəsində tanınan şirkəti olaraq HH Design Archstudio, tədbirin əsas sponsoru kimi bu mötəbər gecənin təşkilatçılarından biri olub.
Mükafatlandırma mərasimində müxtəlif sahələrdə uğur qazanan şəxslər və qurumlar təltif edilib. Mükafat alanlar sırasında millət vəkilləri Ceyhun Məmmədov, Vüqar İskəndərov və digər nüfuzlu şəxslər yer alıb. Tədbir zamanı onların fəaliyyəti yüksək qiymətləndirilib.
Qeyd edək ki, HH Design Archstudio ölkə daxilində və beynəlxalq arenada uğurlu layihələri ilə seçilən aparıcı dizayn və memarlıq studiyalarından biridir. Şirkət indiyədək Azərbaycanda və xaricdə bir çox möhtəşəm layihələrə imza atıb və sektorda innovativ yanaşmaları ilə fərqlənir.
Caspianevents hər il müxtəlif sahələrdə uğur qazanan şəxsləri və qurumları tanıtmaq məqsədilə təşkil olunur. Mükafat alan hər kəsi təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!





