Hindistanda qalmaqallı boşanma — "Ərim evdə tualetə getməyə icazə vermir"

OXUNUB: 808 DÜNYA

 Hindistanda bir qadın ərindən boşanmaq üçün məhkəməyə müraciət edib.

 Buna səbəb qadının ərinin arvadına evdə tualetdən istifadə etməyə icazə verməməsidir.

Hindistanda 590 milyon insan böyük ehtiyacını boş tapdığı sahədə yerinə yetirir. Bir çox hindli üçün bu bir adətə çevrilib və ümumi tualetlər olsa da, onlar çöldə-bayırda ehtiyaclarını ödəməyi daha üstün tuturlar. Amma bu hadisədən şikayət edənlərin də sayı çoxdur.

Qadının məhkəməyə müraciətinə hakimlər müsbət cavab veriblər. Cütlüyü boşayan məhkəmə açıq sahədə tualet tələbatını ödəməyi "bir növ işgəncə" kimi qəbul edib.

Hadisə Rajastan ştatında baş verib. 5 ildir evli olan 20 yaşlı qadın evdəki tualetdən istifadəsinə qadağan qoyan ərindən boşanıb.

Qeyd edək ki, bu gün dünyada 1.1 milyard insan tualet ehtiyacını boş tapdığı ərazidə ödəyir./ölkə

 

İcmal.Az

RƏYLƏR