Humanitar yardım müqabilində seks

OXUNUB: 617 DÜNYA

Beynəlxalq humanitar təşkilatların və BMT-nin fəaliyyəti növbəti qalmaqalın mərkəzinə çevrilib.

Söhbət bu dəfə Suriyada ərzaq payı və zəruri əşyaların verilməsi müqabilində qadınların cinsi istismara cəlb olunmasından gedir.

 Bu barədə "Euronews” məlumat yayıb.

"Suriyadan səslər” adlı hesabat BMT-nin Əhali fondu tərəfindən dərc olunub. Həmin hesabatda  belə sui-istifadə hallarının geniş vüsət aldığı bildirilir.

Qeyd olunur ki, istismar və zorakılıq qurbanına çevrilməmək üçün bir çox qadınlar humanitar yardımdan imtina edir.

BMT-nin Qaçqın Məsələləri üzrə Ali Komissarlığının rəsmisi Andrey Maxeçiç bu iddialara cavabında deyib:

"BMT-nin hərbi zonada vəziyyətə nəzarət etdiyi barədə gümanlar və bu gümanların əsasında bizim baş verənləri dayandırmaq iqtidarında olduğmuzu demələri kəskin silahlı münaqişə şəraitində humanitar əməliyyatlarla bağlı reallığı əks etdirmir”.

Hesabatda qeyd olunur ki, Suriyanın Dəra və Əl-Quneytrə bölgələrində respondentlərin təxminən 40 faizi humanitar yardımla bağlı cinsi istismarla üzləşdiklərini bildirir.

BMT Qaçqın Məsələləri üzrə Ali Komissarlığı məsələni araşdırmağa vəd edib./oxu

İcmal.Az

RƏYLƏR