Bakı Baş Gömrük İdarəsinin rüşvət almaqda ittiham olunan vəzifəli şəxslərinin cinayət işi ilə bağlı maraqlı məqamlar üzə çıxıb.
Xatırladaq ki, Dövlət Gömrük Komitənin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən Bakı Baş Gömrük İdarəsindəki rüşvət halları nəzarətə götürülüb. Müvafiq prosedurlar aparıldıqdan sonra araşdırmanın qanunvericiliyə uyğun şəkildə həyata keçirilməsi məqsədilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edilərək birgə əməliyyat həyata keçirilib.
Qeyd edək ki, "NAB Holding”ə daxil olan "Auto Azərbaycan” MMC Hyundai avtomobillərinin Azərbaycanda rəsmi distribyutorudur. "Hyundai Azərbaycan” brendinin sahibi "Auto Azərbaycan” MMC-nin İdarə heyətinin sədri Emil İsmayılovdur. "NAB Holding”ə "Bakuelectronics” və "Bank of Baku” da daxildir."Qafqazinfo"
7News.Az