İdman Akademiyasında imtahanlardan niyə pul yığılır? - Valideynlər etiraz aksiyasına hazırlaşır

OXUNUB: 2708 İDMAN

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) baş verən proseslərlə bağlı Azsiyaset.com-a ilginc müraciət daxil olub.

Valideynlər tərəfindən saytımıza daxil olan müraciətdə ADBTİA-nin qarşısında etiraz aksiyasının keçiriləcəyi bildirilir.
Qeyd olunur ki, etiraz aksiyası valideynlər tərəfindən təşkil olunacaq. Buna səbəb isə ADBTİA-nın elmi katibi Bəxtiyar Rüstəmovun qabiliyyət imtahanı ilə bağlı külli miqdarda rüşvət istəməsidir.
Əgər valideyn tələb olunan rüşvəti verməsə, övladı V ixtisas qrupu üzrə qabiliyyət imtahanından kəsilməli olacaq. Qabiliyyət imtahanından "uğurla" keçmək üçün valideynlərdən 4000-4500 manat pulun tələb olunması ilə bağlı bir neçə gün bundan öncə KİV-lərdə tənqidi materiallar da dərc olunmuşdu.
 
Təəssüf ki, B.Rüstəmovun tapşırığı və "humanistliyi" nəticəsində qısa müddət ərzində bu materiallar da mediada "yoxa çıxdı".
Valideynlərin Azsiyaset.com-a verdiyi məlumata görə, B.Rüstəmov qabiliyyət imtahanı ilə bağlı aldığı rüşvətə "ağ don" geyindirmək üçün pulun yuxarı dairələrə çatdırılacağını və nəticədə Qarabağda aparılan quruculuq işlərinə sərf olunacağını bildirir.
Ən dəhşətlisi odur ki, B.Rüstəmov rüşvət prosesini öz iş kabinetində və spesifik rahatlıqla həyata keçirir.
İnanmaq istəyirik ki, B.Rüstəmovun taleyi öz kabinetində rüşvət alan, daha sonra hüquq-mühafizə ərqanları tərəfindən həbs edilən icra başçılarının taleyi ilə eyni olacaq.
Bildirilir ki, B Rüstəmov illərdir ADBTİA-da böyük rüşvət maşını qurub və akademiyadakı bütün bu qanunazidd proseslərin başında duran isə rektor Fuad Hacıyevdir.
Əgər ADBTİA səslənən bu iddiları rədd edirsə, o zaman ictimai nəzarət təmin edilsin və bütün qabiliyyət imtahanları ictimaiyyətin, valideynlərin gözü qarşısında həyata keçirilsin. Eləcə də müvafiq dövlət qurumları prosesin iştirakçılarına çevrilsin. Ancaq onlar bunu qəbul etməyəcək, çünki sərf etmir.
Azsiyaset​​​​.com
​https://azsiyaset.com/cemiyyet/4932-Idman-Akademiyasinda-imtahanlardan-niye-pul-yigilir.html​​​

RƏYLƏR