İki həftə sonra toyu olacaqdı, meydanda öldü - FOTO

OXUNUB: 474 MARAQLI

32 yaşlı Mitçell Cozef İngiltərə futbol çempionatının həvəskarlardan ibarət Suonsi Liqasında çıxış edən "Sent-Cozef" klubunun ulduzu idi.

O, toyundan iki həftə əvvəl meydanda keçinib.

İngiltərənin ən populyar həvəskar futbolçusu sayılan Mitçell Cozef "Molsters Sports" klubu ilə matçda meydana çıxmışdı.

Matçın birinci yarısının 30-cu dəqiqəsində qəflətən ürəyini tutub yerə yıxılan M.Cozef huşunu itirib.

Oyun dayandırılıb, hər iki komandanın həkimləri yardıma gəliblər, meydana paramediklər çağırılıb.

 

Fəqət, futbolçunu xilas etmək mümkün olmayıb.

İki həftə sonra Mitçell Cozefin nişanlısı Lora Devislə toyu olacaqdı./milli

İcmal.Az

RƏYLƏR