Avstraliyanın Sidney şəhərinin polisi ölkəyə 95 kq kokain keçirmək istəyən iki qadını həbs edib.
Melina Robers və Andre Taminin 4 çamadanda sərhəddən keçirməyə çalışdıqları kokainin "qara bazar"dakı dəyəri 30 milyon dollardır.
23 yaşlı Melina Roberslə 64 yaşlı Andre Taminin ötən il noyabrın 31-də kokakinlə dolu çamadanla tutulmuş stritiptizçi İzabel Laqasla eyni bandanın üzvləri olduğu bildirilib.
Onlar " Sea Princess" kruiz gəmisində 51 günlük dəniz kruizinə bilet almışdılar.
Kanadanın Kvebek əyalətinin sakini olan Andre Tamin ona qarşı irəli sürülmüş ittihamları qəbul edib.
İzabel Laqas ötən ilin noyabrında 7,5 il müddətinə azadlıqdan məhrum olunmuşdu./milli
İcmal.Az





























