Dokuz Eylül Universiteti (DEU) Sürekli Eğitim Merkezinin müdiri Dos. Emre Bilgin Sarı və Mingəçevir Dövlət Universiteti (MDU) Ömürboyu Təhsil Məktəbinin direktoru Dos. Azər Hüseyn arasında əməkdaşlıq imkanları müzakirə olunub.
Görüş zamanı iki universitet arasında ömürboyu təhsil sahəsində birgə proqramların həyata keçirilməsi barədə razılıq əldə olunub.
Hər iki universitetin akademik heyəti Mingəçevir şəhəri və regionun kadr potensialının inkişafına peşəkar dəstək göstərəcək.
Mərkəzi Aran iqtisadi rayonunun əmək bazarının tələblərinə uyğun praktiki yönümlü sertifikat proqramları həyata keçiriləcək.
Təlimləri uğurla başa vuran iştirakçılara DEÜ və MDU-nun rəsmi möhürləri ilə təsdiqlənmiş sertifikatlar təqdim olunacaq.
İki qardaş ölkənin ali təhsil ocaqları birgə addımlarla bilik və bacarıqların paylaşımına yeni nəfəs gətirir!






