İki saat yağışın altında qalan Damla GİZLİ MƏQAMLARI AÇDI - VİDEO

OXUNUB: 764 ŞOU-BİZNES

Müğənni Damla yutub video portalında yeni klipini təqdim edib.

Klipdə tanınmış aktyor İlqar Musayev və ifaçı ər-arvad obrazında çəkilib. Yeni klipi ilə bağlı açıqlama verən Damla tamaşaçılara gizli qalan bəzi nüansları açıqlayıb:

"Klip dörd günə çəkildi. Amma çəkilişlərdən sonra bir həftə xəstə yatdım, hələ də tam sağalmamışam. Çünki soyuq havada iki saat bumbuz suyun altında, əynimdə nazik bir paltarla müxtəlif səhnələr çəkildi. Klipdə ən gülməli məqam isə aktyor İlqar Musayevə şillə vurduğum anlar idi. O kadr 15 dubla çəkilib. Hələ irəlidə çox maraqlı və bəyənilən işlərimiz var".

Qeyd edək ki, "Xoşbəxt ol" mahnısının söz və musiqisi Rübail Əzimova, aranjimanı İlkin Həsənə, klip işi isə rejissor Dee Leeyə məxsusdur./publika

İcmal.Az

RƏYLƏR