İki uşağı ölmüş ərlə arvad dükanda toy etdilər - VİDEO - FOTO

OXUNUB: 578 DÜNYA

"İki övladımızı itirəndən sonra həyatımızın ən qaranlıq dövrünü yaşayırıq. Lakin buna rəğmən, toy etmək, münasibətlərimizi rəsmiləşdirmək qərarına gəldik. Həyat davam edir. Əminəm ki, övladlarımız səmadan bizə baxıb sevinirlər".

Selina MakQillan belə deyir.

İcmal.Az Daily Mail-ə istinadən bildirir ki, 5 ildən bəri qeyri-rəsmi nikahda yaşayan Selina və Ben MakQillanlar toy ediblər. Onların toyu Şimali İrlandiyadakeı İKEA mebel və furnitur dükanında olub.

E4 telekanalındakı "Don't Tell the Bride" proqramına açıqlama verən, 3 yaşlı Penni adlı qızın anası Selinanın sözlərinə görə, o, Sem və Lui adlı oğullarını onlar 22 həftəlik olanda itirib.

"Sem 2015-ci ilin iyul ayında, vaxtından əvvəl doğuldu. O, 22 həftəlik olanda öldü. 2016-cı ilin mayına Lui doğuldu. O da 22 həftəlik olanda vəfat etdi", - Hazırda hamiləliyin 5-ci ayında olan Selina MakQillan söyləyib.

 

Onun sözlərinə görə, toyu marketdə keçirmək ideyası ərinə məxsusdur: "Toyun tarixi məkanlardan birində olmasını istəyirdim. Lakin Benin istəyi ilə razılaşdım".

İKEA-da toy zamanı 10 minə yaxın alıcı vardı.

İcmal.Az

İki uşağı ölmüş ərlə arvad dükanda toy etdilər - VİDEO - FOTO

İki uşağı ölmüş ərlə arvad dükanda toy etdilər - VİDEO - FOTO

İki uşağı ölmüş ərlə arvad dükanda toy etdilər

RƏYLƏR