İkinci Yupiter kəşf edilib - FOTO

OXUNUB: 1047 MARAQLI

İngiltərə və ABŞ alimləri yeni planet kəşf edib.

 İngiltərənin Exeter Universiteti ilə ABŞ-ın Merilend Universitetinin mütəxəssislərinin birgə araşdırmaları nəticəsində maraqlı faktlar aşkarlanıb. Dünyadan təxminən 900 işıq ili uzaqda kəşf edilən Yupiter böyüklüyündəki "WASP-121b" adlı obyektin, Günəş sistemindəki planetlərə bənzədiyi bildirilib.

Amerika Aviasiya və Kosmos Dairəsinin (NASA) "Habbl" kosmik teleskopunun köməkliyi ilə obyektin fərqli dalğa istiqamətində planetin atmosferində necə hərəkət etdiyi müşahidə edilib.

Su molekulları atmosferdə istilik xassələrinə görə əvvəlcədən təxmin edilə biləcək parlaqlıq səviyyəsinə çatır. Soyuq havalarda isə buxarlanan su işığın qarşısını kəsir.

"Nature" jurnalında dərc olunan araşdırmanın nəticələrinə görə, tədqiqatçılar "WASP-121b" adlı göy cismində su molekullarının səthdən yuxarı qalxdıqca parlaqlığının artdığı bildirilib. Bu isə Günəş sistemindəki planetlərin çoxunda görülən bənzər güclü bir stratosferin varlığına işarədir./publika

 

İcmal.Az

RƏYLƏR