İlan kişini boğub öldürdü - FOTO

OXUNUB: 977 DÜNYA
Evlərində bəslədikləri ilan sahibini boğub öldürüb.

31 yaşlı ingilis Dan Brandon piton tərəfindən boğularaq öldürülüb. Kişi evində ölü halda tapılıb. Brandonun bir çox ilanı və başqa ev heyvanı olduğu öyrənilib.

Dan otağında 10 ilan və 12 növ zəhərli cins hörümçək bəsləyib. Anası və atası axşam yeməyini hazırlayarkən yuxarıdan səs eşidiblər və oğullarına baxmaq üçün otağa gediblər və Tini adlı pitonun qəfəsində olmadığını görüblər. Ailə Tini tərəfindən boğulan oğullarına müdaxilə edib, ancaq həyatını xilas edə bilməyiblər.

Dan Brandonun anası piton Tinini çox sevdiyini və heç vaxt evindən atmayacağını açıqlayıb. /GoldNews.Az

İlan kişini boğub öldürdü - FOTO
İlan kişini boğub öldürdü - FOTO
İcmal.Az

RƏYLƏR