İlham Əliyev Kosta-Rikanın yeni prezidentini təbrik edib

OXUNUB: 690 index-manşet SİYASƏT

Prezident İlham Əliyev Kosta-Rikanın yeni seçilmiş prezidenti Karlos Alvarado Kesadaya təbrik məktubu göndərib.

İcmal.Az-ın verdiyi xəbərə görə, təbrikdə deyilir: 

"Zati-aliləri, Kosta-Rika Respublikasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Kosta-Rika arasındakı münasibətlər dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul işinizdə uğurlar diləyirəm”.

İcmal.Az

RƏYLƏR