İlham Əliyev: “Ordumuz Daşaltı kəndindən sıldırım qayaları fəth edərək Şuşaya daxil olub” - VİDEO

OXUNUB: 416 index-manşet

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva martın 16-da Şuşa şəhərinə səfərdən sonra Daşaltı kəndində olublar.

Səfərdən görüntüləri Mehriban Əliyeva öz sosial media hesabında paylaşıb. 

Avtomobili özü idarə edən Prezident İlham Əliyev deyib:

 

"Bura Daşaltı kəndidir. Daşaltı kəndi ilə tanış olacağıq. Məhz bizim Müzəffər Ordumuz Daşaltı kəndindən qalxaraq, sıldırım qayaları qəth edərək Şuşaya daxil olub. Azərbaycanın gözəl təbiəti göz önündədir. Qarabağ torpağıdır. Bundan sonra azərbaycanlılar burada əbədi yaşayacaq”.

Görüntüləri təqdim edirik:

 

 

 


RƏYLƏR