Mərhum xalq artisti İlhamə Quliyevanın soyğunçuluqda təqsirləndirilərək həbs edilən köməkçisi Mehriban Hüseynovanın yeni işi bəlli olub.
M.Hüseynova "Azərbaycan Dünyası" Jurnalında xüsusi müxbiri kimi işə götürülüb.
Xatırladaq ki, Mehriban Hüseynova barəsində Cinayət Məcəlləsinin 29.180.3.2-ci (soyğunçuluğa cəhd, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanmışdı. O, ötən il fevralın 25-də dünyasını dəyişən Xalq artisti İlhamə Quliyevanın var-dövlətini ələ keçirməkdə günahlandırılırdı. Cari ilin fevral ayında Bakı Ağır Cinayətlər Məhkəməsinın qərarına əsasən, mərhum Xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynova 1 il 3 ay müddətinə şərti cəzayla azadlığa buraxılıb.
M.Hüseynova öncələr də jurnalistlik fəaliyyəti ilə məşğul olub.//sonxeber
İcmal.Az